Slimfit
  1. MEDİA

Gəncədə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

Gəncədə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib
Sakura

Gəncədə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

Gəncədə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə İctimai İştirakçılıq Məclisinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbəsinin və “Kitab Oxu” kitab evinin təşkilatçılığı ilə keçirilib.

Gəncə Dövlət Filarmoniyasının qarşısında baş tutan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 14 fevral –Beynəlxalq Kitab Bağışlama Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Beynəlxalq Kitab Bağışlama Günü dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

Daha sonra təşkilatçılar tərəfindən tədbir iştirakçılarına maraqlı kitablar hədiyyə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR