Gecənin nəticələri: "Real Madrid" və "Milan" qələbə qazandı
UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.
Ens.az Metbuat.az-a istinadən xəbər verir ki axırıncı oyun günündə də iki qarşılaşma keçirilib.
"Real Madrid" İspaniyada İngiltərənin "Çelsi" komandasını 2 cavabsız qolla məğlub edib. Qollar müəllifi 22-ci dəqiqədə Kərim Benzema və 74-cü dəqiqədə Marko Asensio olub.
Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutub. Qarşılaşmanın taleyini 1 qol həll edib. 40-cı dəqiqədə İsmael Bennaser rəqib qapısına yol taparaq, rossonyerlərə qələbə qazandırıb.
Cavab oyunları aprelin 18-də olacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət