Slimfit
  1. AZƏRBAYCAN

Füzulidə məcburi köçkünlərlə görüş

Füzulidə məcburi köçkünlərlə görüş
Sakura

Füzulidə məcburi köçkünlərlə görüş

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan rayonunda keçirilib.

Qafqazinfo” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev qeyd edib ki, Beyləqan rayonunda bütün zəruri sosial-texniki infrastrukturu olan məcburi köçkün ailələri üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib. Rayonda Füzuli rayonundan olan 1078 məcburi köçkün ailəsi məskunlaşıb. Onlardan həmin qəsəbəyə, məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan 88 məcburi köçkün ailəsi köçürülüb.

Görüşdə Beyləqan rayonunda məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Görüş zamanı çıxış edən məcburi köçkünlər qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlarına, öz ata-baba yurdlarına qayıtmaqdır.

 




 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR