Slimfit
  1. İQTİSADİYYAT

Fransanın "AXA" sığorta qrupu Azərbaycan bazarını tərk etdiyini rəsmən açıqlayıb

Fransanın "AXA" sığorta qrupu Azərbaycan bazarını tərk etdiyini rəsmən açıqlayıb
Sakura

Fransanın "AXA" sığorta qrupu Azərbaycan bazarını tərk etdiyini rəsmən açıqlayıb

Fransanın "AXA" sığorta qrupunun Azərbaycandakı törəməsi "AXA Mbask" Sığorta Şirkəti ASC-nin yerli iş adam, "Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satılması ilə bağlı 21 may 2018-ci il tarixində imzalanmış niyyət sazişi qüvvədən düşüb.

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "AXA Mbask" yeni sığorta müqavilələrinin bağlanılmasını dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR