Slimfit
  1. İQTİSADİYYAT

Fermerlər pambığın niyə əllə yığılmasını istəyir?

Fermerlər pambığın niyə əllə yığılmasını istəyir?
Sakura

Fermerlər pambığın niyə əllə yığılmasını istəyir?

Son vaxtlar dövlət pambıqçılığın inkişafı üçün önəmli addımlar atır. Bu sahəyə böyük pullar ayrılıb, xaricdən texnikalar gətirilib. Bu da pambıq istehsalının daha da genişlənməsinə, bu sahəyə olan marağın artmasına səbəb olur.

Axar.az xəbər verir ki, buna baxmayaraq, hələ də bəzi rayon və kəndlərdə pambıq yığımında texnikadan daha çox əl əməyinə üstünlük verilir. Bölgələrdə, rayonlarda kənd təsərrüfatı idarələrinə, həmçinin pambıqçılıqla fərdi şəkildə məşğul olanlara belə texnika verilsə də, əksər pambıqçılar texnikadan az istifadə edir.

Maraqlıdır, niyə texnika olduğu halda pambıqçılar yığım zamanı insan əməyinə daha çox üstünlük verirlər?

İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, buna səbəb əllə yığılan pambığın daha təmiz olmasıdır. Onun sözlərinə görə, əllə yığılan pambığın qiyməti də daha bahadır:

“Əllə yığılan pambıq maşınla yığılan pambıqdan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki maşınla toplanan pambığın çirklilik dərəcəsi yüksək olur və aşağı növə aid edilir. Bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR