Slimfit
  1. DÜNYA

Erməni deputatlar bir-birini Azərbaycanpərəstlikdə ittiham etdi

Erməni deputatlar bir-birini Azərbaycanpərəstlikdə ittiham etdi
Sakura

Erməni deputatlar bir-birini Azərbaycanpərəstlikdə ittiham etdi

Bu gün yeni seçilmiş Ermənistan parlamenti birinci sessiyanın işini davam etdirib. İclas insidentsiz ötüşməyib: parlamentdə tribunadan çıxış edən “Çiçəklənən Ermənistan” partiyasının deputatı Arman Abovyanla “İşıqlı Ermənistan” partiyasının deputatları arasında söz atışması baş verib.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Abovyan “İşıqlı Ermənistan” partiyasından olan deputat Arman Babacanyana onu həmişə tribunadan Ermənistanın Ukraynadakı keçmiş səfəri Andranik Manukyanın ünvanına böhtan atmağa nəyin məcbur etdiyi haqqında sual verib.

“Sizin səsləndirdiyiniz tezislər Azərbaycan tərəfindən informasiya meydanına atılıb. Sizi neoazərbaycan tezislərini irəli sürməyə nə vadar edir? Burada Ermənistan Respublikasının Ukraynadakı keçmiş səfəri Andranik Manukyanın ünvanına səsləndirilmiş bütün ifadələr tamamilə yalandır və Azərbaycan tətəfinin mövqeyini əks etdirir. Siz kimin dəyirmanına su tökürsünüz?”, - deyə Abovyan soruşub.

Abovyanın və “Çiçəklənən Ermənistan” partiyası üzvlərinin, xüsusilə də Qrant Madatyanın sözləri “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyanı özündən çıxarıb və o, yerindən qalxaraq onlara tərəf gedib.

“Çiçəklənən Ermənistan” partiyasının bəzi üzvləri, o cümlədən, Nair ZoqrabyanGevorq Petrosyan araya girərək söz atışmasının davaya çevrilməsinin qarşısını alıblar.

Parlamentin spikeri Ararat Mirzoyan öz növbəsində deputatları iclasın keçirilməsinə mane olmamağa və münasibətləri iclas zalından kənarda aydınlaşdırmağa çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR