Slimfit
  1. ELM

“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub

“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub
Sakura

“Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şərq-qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlının, filologiya üzrə fəlsəfə doktorları Abdin Evis Yones Mohamed və Qafar Ocaqlı ilə birgə hazırladıqları “Ərəbcə-azərbaycanca transkripsiyalı danışıq kitabçası” nəşr olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrdə turistlərin ehtiyacına cavab verəcək ən zəruri mövzularda tələb olunan işlək söz və ifadələr tematik bölmələr üzrə qruplaşdırılıb. Həmçinin Azərbaycanın coğrafiyası, tarixi və görməli yerləri, zəngin mədəniyyəti, mətbəxi barədə qısa məlumatlar daxil edilib.

Bələdçi xidməti göstərən tərcüməçilər üçün nəzərdə tutulan danışıq kitabçası ərəb ölkələrindən gəlmiş turistlərlə ünsiyyəti asanlaşdırmaq məqsədilə tərtib edilib. Kitabçadan turizm şirkəti əməkdaşlarının, tarixi məkan, muzey, kafe, restoran, ticarət mərkəzi işçilərinin, nəqliyyat vasitələri sürücülərinin də istifadə etmələri mümkündür.

Kitabçada Azərbaycanın dövlət və milli bayramları, xüsusi günləri, milli adət-ənənələri ilə bağlı söz və ifadələrin də tərcüməsinə yer verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR