Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ən faydalı şirə hansıdır?

Ən faydalı şirə hansıdır?
Sakura

Ən faydalı şirə hansıdır?

Danimarka alimləri şirələrin faydalı xüsusiyyətlərini araşdırıb və ən faydalı şirənin adını açıqlayıb.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislərin fikrinə görə, ən faydalı şirə albalı şirəsidir. O, immun sisteminə müsbət təsir edir, qanda xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərindən qoruyur.

Həmçinin albalı şirəsi maddələr mübadiləsi proseslərini aktivləşdirərək artıq çəki ilə mübarizə etməyə kömək edir.

Mütəxəssislər hər gün 1 stəkan albalı şirəsini içməyi tövsiyə edir. Lakin onu da nəzərə almaq lazımdır ki, mədə-bağırsaq xəstəlikləri olan insanlara bu şirə ziyan vura bilər.

Mütəxəssislər müxtəlif şirələr hazırladıqda meyvə, tərəvəzlər və giləmeyvələri şirəçəkəndən deyil, az miqdarda su əlavə etməklə blenderdən keçirməyi tövsiyə edir. Bu halda meyvə və tərəvəzlərin tərkibində olan qidalı liflər saxlanılır və bu da şirəni daha faydalı edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR