Slimfit
  1. MƏDƏNİYYƏT

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm
Sakura

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Hazırda səhhətim normaldır. 91 yaşa görə necə olmaq lazımdırsa, eləyəm.

Bunu Oxu.Az-a Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov deyib.  

“Artıq 91 yaşındayam. Evdə oturmuşam. Heç bir yerə getmirəm. Danışa və yeriyə bilmirəm. Yəni yeriməkdə çətinlik çəkirəm. Fikirlərimi də cəmləşdirə bilmirəm”, - deyə Əlibaba Məmmədov bildirib.

Qeyd edək ki, Əlibaba Məmmədov 1938-ci il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 

1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradaraq, rəhbərlik edib.

Ə.Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb. Onun ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahlarının səs yazıları AzTV-nin Fondunda saxlanılır.

Sevinc Yasinqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR