Slimfit
  1. AZƏRBAYCAN

Əli Hüseynli: "Avropa Parlamentindəki bəzi şəxslərin aydın məsələdir ki, Azərbaycanla bağlı niyyəti başqadır"

Əli Hüseynli: "Avropa Parlamentindəki bəzi şəxslərin aydın məsələdir ki, Azərbaycanla bağlı niyyəti başqadır"
Sakura

Əli Hüseynli: "Avropa Parlamentindəki bəzi şəxslərin aydın məsələdir ki, Azərbaycanla bağlı niyyəti…

“Azərbaycanla bağlı hər hansı məsələyə aqressiv yanaşan Avropa instutlarının ötən gün “Ermənistan qartalları – Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryanın saxlandığı “Nubaraşen” həbsxanasında aclıq edərək ölməsinə yumşaq yanaşması, bəzilərinin isə susması bu instutların birmanlı ikili standartlara söykənməsini təsdiq edir”.

Bunu “Report” açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ermənistandakı olayla müqayisədə bir neçə gün əvvəl Azərbaycanla bağlı sərt mövqe bildirən Avropa strukturlarının qərəzli fərqliliyinin açıq göründüyünü deyən komitə sədri bildirib ki, Avropa Parlamentinin son qətnaməsində Azəbaycandakı bir qrup özünü müxalifət hesab edən şəxslərin qərəzli insanların fikirlərinə əsaslanması onsuz da bunun ciddiliyini şübhə altına almışdı: “Həmin bəyanatın ardınca indi Ermənistanda müxalif partiya rəsmisinin həbsxanada aclıq keçirməsinə, bunun ölümlə nəticələnməsinə demək olar ki, susan Avropa Parlamentindəki bəzi şəxslərin aydın məsələdir ki, Azərbaycanla bağlı niyyəti başqadır. Bu niyyət də erməni lobbisinin maraqları altında formalaşır”.

Ə.Hüseynli qeyd edib ki, Azərbaycandakı bəzi şəxslərin göndərdiyi qərəzli məlumatları qətnamyə çevirən Avropa Parlamenti və digər institutlar ümumilikdə bir mərkəzdən – erməni lobbi dairələrindən maliyyələşirlər, idarə olunurlar: “Bu gün prezident İlham Əliyevin apardığı dəqiq və uğurlu siyasət nəticəsində Azərbaycanın qlobal söz sahibinə çevrilməsi təbii ki, erməni lobbisini narahat edir. Bu narahatlıqlar da özünü yuxarıda qeyd etdiyim məsələlərdə özünü göstərir. Təəssüf ki, ölkə daxilində bir qrup müxalif də onların alətinə çevrilirlər. Onların son mitinq cəhdi və bunu şouya çevirmələri də eyni ssenarinin davamı idi. Amma Azərbaycanda iqtidar-xalq birliyini heç vaxt və heç kim poza bilməz. Onlar sadəcə özlərini növbəti dəfə gülünc vəziyyətə qoydular. Hər hansı ideyaya yox, istənilən kiçik məsələni qabartmaqla eloktorat yığmaq cəhdləri əbəsdir. Bu sadəcə hərc-mərclik yaratmağa cəhd edərək xaricdən aldıqları sifsrişi yerinə yetirməkdir ki, bu hərc-mərcliyə də ölkədə imkan verilməyəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR