Slimfit
  1. AZƏRBAYCAN

Əkinə yararlı torpaqda ev tikənlər cərimələndi

Əkinə yararlı torpaqda ev tikənlər cərimələndi
Sakura

Əkinə yararlı torpaqda ev tikənlər cərimələndi

Kənd təsərrüfatı üçün uyğun olan, əkinə-biçinə münasib münbit torpağı təyinatı üzrə istifadə etməyib torpağı korlayan kəndlilərə cərimə kəsilib.

Axar.az xəbər verir ki, Xaçmaz rayon sakini Tərxan Laçınov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib.

 

Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri-qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.

Analoji hadisə Qusar rayonunda da aşkar edilib. Rayonun Küzunqışlaq kənd sakini Qurban Ağabalayev kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib.

Hər iki qanun pozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR