Slimfit
  1. MƏDƏNİYYƏT

Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib

Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib
Sakura

Əbülfəs Qarayev: UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına…

UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib.

Bunu Trend-ə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib: "Biz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində olan mədəni irs nümunələri ilə bağlı məsələni ciddi şəkildə UNESKO-nun bütün üzvlərinin qarşısında qoyuruq, onları məlumatlandırırıq. Artıq UNESKO-nun Baş direktoru Odre Azule Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda olarkən həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində də bu məsələ qaldırılıb. UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib və bu iş UNESKO ilə bizim diplomatlar arasında müzakir olunacaq".

Ə.Qarayev əlavə edib ki, bu, sadə proses deyil: "Amma əsas odur ki, Azərbaycan reallığı və işğal altında olan torpaqlarımızda mədəni sərvətlərimizin vəziyyətinin bizi narahat etməsi onlara tam aydın oldu. Biz UNESKO-nun fəal üzvlərindən biri olduğumuz üçün təşkilat bu vəziyyətə biganə yanaşa bilməz. Ümidvarıq ki, sessiya uğurla başa çatandan sonra növbəti bir neçə ay ərzində də müzakirələri davam etdirəcəyik".

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR