Slimfit
  1. AVTO VƏ MOTO

Dünyanın ən ucuz avtomobilini bu ölkə satışa çıxarır

Dünyanın ən ucuz avtomobilini bu ölkə satışa çıxarır
Sakura

Dünyanın ən ucuz avtomobilini bu ölkə satışa çıxarır

Hindistan avtomobil istehsalçısı “Bajaj” minimum yanacaq sərf edən “Qute” avtomobillərinin daxili bazarda satışına başlayıb.

Teleqarf.com “İnterfaks”a istinadla xəbər verir ki, avtomobilin dəyəri 263 min rupi (təxminən 3 min 800 ABŞ dolları) olacaq.

Nəşrin məlumatına görə, şirkət bu avtomobilləri 2015-ci ildən istehsal etməyə başlayıb. Ancaq onun vahid nəqliyyat qaydalarına uyğunsuzluğu aşkarlandıqdan sonra istehsal dayandırılıb. 2017-ci ildən isə uyğunsuzluq aradan qaldırılıb.

“Bajaj Qute”nin uzunluğu 2752 mm, eni 1312 mm, hündürlüyü isə 1652 millimetrdir.

Avtomobil təksilindrli mühərriklə təchiz olunub. Maşın saatda maksimum 70 kilometr məsafə qət edə bilir. Onun 100 km məsafədə sərf etdiyi yanacağın həcmi 3 litrdən çox olmur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR