Dərc edildi: Baxış sayı: 537
Dünyanın ən böyük sistemi yaradılır - Zəlzələni qabaqcadan xəbər verəcək
Çin alimləri və mühəndisləri 2022-ci il üçün zəlzələlər barədə xəbərdarlıq edən ən müasir və ən böyük sistemin yaradılmasını yekunlaşdıracaq.
Trend-in CGTN telekanalına istinadən verdiyi məlumata əsasən, hal-hazırda mütəxəssislər ölkə ərazisində nəticədə vahid bir şəbəkəyə qoşulacaq 15 mindən çox ötürücü quraşdırıblar.
Gözlənilir ki, yeraltı təkandan dərhal sonra ötürücülər idarəetmə mərkəzinə elektrik impulslar göndərəcək və nəticədə həmin ərazidə yaşayan sakinlər öz smartfonlarına bu barədə məlumat alacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət