Slimfit
  1. DÜNYA

Dünyada təşkil olunan maraqlı festivallar

Dünyada təşkil olunan maraqlı festivallar
Sakura

Dünyada təşkil olunan maraqlı festivallar

Dünyanın müxtəlif ölkələrində rəngli kostyumların və qəribə əyləncə anlayışlarının olduğu festivallar təşkil olunur.

Metbuat.az dünyada qeyd olunan ən qəribə festivalları təqdim edir:

Amerika-Burning man

Bütün dünyanın maraqla izlədiyi bu festival hər il Amerikanın Nevada əyalətindəki “Black Rock” çölündə avqust və sentyabr aylarında təşkil olunur. 9 gün davam edən bu festivala hər il dünyanındörd bir tərəfindən iştirakçı qatılır. Festivalın finalında isə nəhəng taxta kukla yandırılaraq sona çatır.

Hindistan- Holi festivalı

Bu festival dünyanın ən rəngli festivalı olaraq tanınır və hindu inancına görə tanrı Krişnanın kiçik bir uşaq olarkən onu öldürməyə çalışan qaranlığın hökmdarı şeytan Pootnanın öldürüldüyü gün olaraq qeyd olunur. Zaman keçdikcə rəngli boyalarla baharın gəlişi kimi qeyd olunan bu festivalda musiqi, rəqs və ziyafət süfrələri festivalın ən diqqət çəkən detallarıdır.

İtaliya- Venedik festivalı

Bu festivalın çox maraqlı bir hekayəsi var. 14-cü əsrdə Venedikdə vəba virusu yayılır. Xalqın yarısı vəbadan ölür, həyatda qalanlar isəbədənlərində vəbanın izlərini daşımaq məcburiyyətində qalırlar. İzləri gizlətmək üçün uzun və dəbdəbəli geyimlər geyinərək maskalar taxan insanların hekayələri bu gün dünyanın ən məşhur festivalına çevrilib.

Almaniya-Oktoberferst

Pivənin vətəni olaraq tanınan Bavyeranın ən böyük festivalı Oktoberfest hər il sentyabr ayının axırı, oktyabrın əvvəllərində həyata keçirilir və 2 həftə davam edir. nəhəng çadırlar qurulur və Almaniyadakı bir çox pivə istehsalçıları pivələrini gələnlərə təqdim edir. Kostyumlu şoular, konsertlər, yarışmalar və pivə təqdimatçısı ilə bu festival hər kəsin diqqətini cəlb edir.

Şotlandiya-Atəş festivalı

Bu rəngarəng festival Şotlandiyanın Şetland arxipelaqlarında həyata keçirilir və iştirakçılarıda sanki vikinqlərlə səyahətə çıxmış kimi hislər yaradır. Festivalda nəhəng nağaralar çalındığı və əllərində qoyun dərisi, dəbilqə, qalxan, balta olan minlərlə vikinq kostyumlu insanlar dolaşır. Həqiqi ölçüdə hazırlanmış bir vikinq gəmisinin yandırılıb, daha sonra dənizə endirilərək fişənglərin partlaması ilə festival sona çatır.

Tayvan-fənər festivalı

Dünyanın ən böyük fənər festivalının təşkil olunduğu Tayvanda festival günü unudulmaz bir şou təşkil olunur. Minlərlə fənərin dilək tutularaq göyə uçması ilə sona çatan festivalda musiqi və rəqslər festivala rəng qatır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR