Slimfit
  1. TƏBİƏT

Dünyada ilk çiçək belə görünə bilərdi

Dünyada ilk çiçək belə görünə bilərdi
Sakura

Dünyada ilk çiçək belə görünə bilərdi

Paleobioloqlar bütün örtülütoxumluların  ümumi əcdadının xarici görünüşünü rekonstruksiya ediblər. Məlum oldu ki, ilk çiçək çox gözəl olub.

Kələmdən qızılgülə qədər örtülütoxumluların mövcud bitkilərin 90%-ni təşkil edir; digərləri – daha qədim olan çılpaqtoxumlulardır. Örtülütoxumluların təkamülü yaxşı araşdırılmayıb. Məlumdur ki, onlar çiçəklərindən tapılan ən qədim daşlaşmış fraqmentlərdən daha əvvəl yaranıblar – onların yaşı cəmi 130 milyon ildir. Alimlər güman edir ki, ilk güllər Yerdə ən azı 10 milyon il əvvəl yaranıb.

Bu həftə beynəlxalq genetiklər və paleobotaniklər qrupu Nature Communications jurnalında araşdırma dərc edib. Alimlər 792 çiçək növünün genetik məlumatlarına əsaslanaraq bütün örtülütoxumlu bitkilərin ümumi əcdadının genomunun ümumi görünüşünü və fraqmentlərini bərpa ediblər. Genetiklər iddia edir ki, planetdə ilk çiçək şəkildəki kimi görünürdü - ən azından belə quruluşa malik idi; müasir çiçəklərin əksəriyyətində olduğu kimi eyni zamanda dişi və erkək hissələrə malik ləçəklərin halqaları ilə.

Dünyada ilk çiçəyin ləçəklərinin spiral formasında düzülməməsi və konsentrik halqalarla böyüməsi alimlər çox təəccübləndirib. Çünki əksər fosillər və müasir çiçəklərin ləçəkləri spiralvari quruluşa malikdir.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR