Slimfit
  1. MƏŞHURLAR

Dünya şöhrətli aktyor Brüs Uillis bu gün 63 yaşını qeyd edir

Dünya şöhrətli aktyor Brüs Uillis bu gün 63 yaşını qeyd edir
Sakura

Ofisiantlıqdan dünya ulduzluğuna. Çəkildiyi filmlərlə dünya ulduzuna çevrilən Brüs aktyorluğa başlamamışdan…

Oxu.Az xəbər verir ki, Valter Brüs Uillis 19 mart 1955-ci ildə Qərbi Almaniyada dünyaya gəlib.

Uillisin anası Marlen adında bir alman, atası isə amerikalıdır. Atası Almaniyada hərbçi olarkən anası ilə tanış olub və evləniblər.

Daha sonra ABŞ-a geri dönən ailə Nyu-Cersi əyalətində yaşamağa başlayıb.

Uillisin uşaqlığı isə bir qədər çətin keçib. Buna səbəb isə onun kəkələmə xəstəliyindən əziyyət çəkməsi olub.

Şagirdlər tərəfindən lağa qoyulan Brüsün sağalmağı da maraqlı olub. Belə ki, o, özünü müalicə edib və xəstəliyə qalib gəlib.

Məktəbi bitirdikdən sonra fabrikdə çalışmağa başlayıb. Daha sonra ofisiantlıq, barmenlik edib. Bir müddət mühafizəçi kimi işləyib.

Bir gün barmen olaraq işlədiyi məkanda prodüserlərin biri ilə tanış olub. Onun sayəsində Hollivudun qapısından keçən aktyor bir çox uğurlu filmdə baş rolda oynamağa müvəffəq olub.

Filmlərdə yaratdığı obrazlar ona dünya şöhrəti qazandırıb. “Çətin ölüm”, “Altıncı hiss”, “Beşinci element”, “Quldurlar”, “On iki meymun” kimi filmlər ona geniş tamaşaçı auditoriyası yığmasına səbəb olub.

Aktyor “Ay işığı” serialındakı performasına görə 1987-ci ildə “Emmi” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. “Dostlar” serialında qonaq aktyor kimi iştirakı isə ona “Emmi” mükafatını 2000-ci ildə yenidən qazandırıb.

Onun evlilik həyatı da insanların diqqət mərkəzində olub. Belə ki, məşhur aktrisa Demi Mur ilə 13 il evli qalandan sonra ikinci evliliyini 2009-cu ildə özündən 22 yaş kiçik model Emma Hemminq ilə edib.

Brüsün iki evliliyindən beş qızı dünyaya gəlib.

Pərviz Hüseyn
www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR