Slimfit
  1. DÜNYA

Qvineyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə şübhəli bilinir

Qvineyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə şübhəli bilinir
Sakura

Qvineyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə şübhəli bilinir

Qvineyanın hərbçilər tərəfindən üç il əvvəl vəzifəsindən uzaqlaşdırılan keçmiş prezidenti Alfa Konde ölkədə dövlət çevrilişinə cəhddə şübhəli bilinir.

“Report.az” “Guinee 360” portalına istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının katibi, general Amara Kamara keçirdiyi brifinqdə deyib.

"Qvineyanin bir vətəndaşı həbs edilib və dindirilmələr zamanı müəyyən olunub ki, Alfa Konde digər şəxslərlə birlikdə Qvineyada dövlət çevrilişinə cəhd göstərib", - Kamara bildirib.

O, əlavə edib ki, dövlət qanunları tətbiq etmək üçün geniş hüquqi vasitələrə malikdir:

"Bu məsələdə heç bir şey diqqətdən kənarda qalmayacaq. Dövlət qanunla ziddiyyət təşkil edən hər kəsi tapıb onu məhkəməyə verə bilər".

Qeyd edək ki, Qvineya 2021-ci ilin sentyabrında Mamadi Dumbouyanın rəhbərliyi altında çevriliş edərək hakimiyyətə gələn hərbçilər tərəfindən idarə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR