Slimfit
  1. MƏŞHURLAR

Psixoloji problemlər yaşayan məşhurlar

Psixoloji problemlər yaşayan məşhurlar
Sakura

Psixoloji problemlər yaşayan məşhurlar

Bir çox ulduzlar öz istedadı ilə tamaşaçıların ağlını başından almağa qadirdir. Bununla belə bəzi aktyor heyəti özü psixoloji pozğunluqlar yaşayır.

Gencaile.az psixoloji problemləri olan bir sıra məşhurları təqdim edir.

Orlando Blum

“Üzüklərin hökmdarı” və “Hobbit” kimi filmlərin qəhrəmanı Orlanda Blum uşaqlıqda disleksiyadan əziyyət çəkib. Ona görə də, Blum uşaq ikən dərslərini oxuya bilməyib və tez-tez məktəbdən qaçmalı olub. Hazırda o, oxuya və yaza bilsə də, bəzən ssenarini oxumaqda çətinlik çəkir.

Kemeron Diaz

Kemeron Diaz məktəb illərində “obsessiv-kompulsiv pozuntu” adlı psixoloji xəstəliyin qurbanı olub. Daima qorxu və həyəcan keçirən Diaz dərslərindən geri qalırdı. O, həmçinin mikroblardan qorxduğu üçün tez-tez əllərini yuyardı. Bu vərdiş bütün uşaqlar kimi ətraf aləmi öyrənməyə əngəl törədirdi. Hazırda Diaz günü bu gün də, evində təmizlik yaratmağa çalışır və hər saatdan bir əllərini sabunla yuyur.

Leonardo Di Kaprio

Leo da uşaqlıqda psixoloji pozuntu yaşayıb. Belə ki, o, çirkdən qorxduğu üçün tez-tez həkim qəbuluna qaçırdı. Nəticədə, gələcəyin ən məşhur aktyoruna “obsessiv-komopulsiv pozuntu” diaqnozu qoydular.

Tom Kruz

Tom Kruz disleksiya kimi xəstəlikdən əziyyət çəkdiyini heç zaman gizlətməyib. O, uşaqlıqda yazmaqda və oxumaqda çətinlik çəkərdi. Sonra isə Tom “vizual müəllim” metodundan istifadə etməklə yazma və oxuma problemlərindən qurtuldu.

Cim Kerri

Cim Kerri uşaqlıqda diqqətsizlik və hiperaktivlikdən əziyyət çəkdiyi üçün onu 5 dəqiqə yerində otuzdurmaq mümkün deyildi. Hiperaktiv və enerjisi aşıb daşan Cim öz filmlərində də bu xüsusiyyətini göstərməkdədir.

Kira Naytli

Kira da bir çox həmkarları kimi disleksiyadan əziyyət çəkir. Günü bu gün də, Kira ssenarini oxuya bilməyəndə özündən çıxır.

Castin Timberleyk

Castinə uşaqlıqda iki psixoloji sindrom qeydə alınıb: “obsessiv-kompulsiv pozuntu” və “diqqət defisiti”. Bununla belə, Castin dərslərindən geri qalmamağa çalışıb.

Brüs Uillis

Çox az adam bilir ki, Brüs uşaqlıqda pəltəklikdən əziyyət çəkib. Heç bir metod onun dil qüsurunu aradan qaldıra bilmirdi. O zaman həkimlər ona aktyorluqla pəltəkliyi düzəltməyi tövsiyə etdi. Kino onun dil qüsurunu düzəltməklə yanaşı, həm də onu məşhur aktyora çevirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR