ABŞ-ın Şimali Koreya üzrə yeni nümayəndəsi regionda səfərdədir
Ağ Ev Şimali Koreya lideri Kim Conq Unun prezident Donald Trampa pozitiv məktub göndərərək, ikinci görüş haqda müraciət etməsindən sonra ABŞ-ın Şimali Koreya üzrə yeni nümayəndəsi regiona səfər edib.
Stefen Biqun Seulda Cənubi Koreya rəsmiləri ilə görüşərək, Koreya yarımadasının nüvəsizləşdirilməsi yollarını müzakirə edib.
Yeni vəzifəsi çərçivəsində ilk diplomatik səfəri zamanı Biqun “işi bitirmək” niyyətini dilə gətirib.
“Bizim qarşımızda çətin işlər var. Lakin önümüzdə həmçinin prezident Tramp, prezident Mun və sədr Kimin bizim üçün yaratdığı gözəl imkan var. Biz bu imkandan düzgün istifadə etmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Eşitmişəm ki, Koreyada belə bir atalar sözü var: “başlanğıc işin yarısının bitdiyi deməkdir”. Bu, başlanğıcdır. Bizdə işi bitirməliyik”, Biqun deyib.
Şimali Koreya nüvə sınaqları obyektinin bir hissəsini, eləcə də raket mühərriki sınaqlarının həyata keçirildiyi obyektlərini dağıtdığını bildirsə də, iyun ayında Sinqapurda ABŞ-la imzaladığı razılığa əsasən, silah proqramına son qoymaq üçün konkret addımlar atmayıb.
Rand Korporasiyasının müdafiə məsələləri üzrə təhlilçisi Brüs Bennet Amerikanın Səsinə bildirib ki, Şimali Koreyanın nüvə proqramı hələ ki, aktivdir və Pxenyanın Birləşmiş Ştlatlara kompromisə getmək niyyəti yoxdur və belə görünür, daha çox silah inkişaf etdirmək üçün işləri ləngidir.
Mənbə : Amerikaninsesi.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət