Slimfit
  1. MƏDƏNİYYƏT

Dubayda küçə musiqiçilərinin beynəlxalq müsabiqəsi keçirilir

Dubayda küçə musiqiçilərinin beynəlxalq müsabiqəsi keçirilir
Sakura

Dubayda küçə musiqiçilərinin beynəlxalq müsabiqəsi keçirilir

Dubayda küçə musiqiçilərinin beynəlxalq festivalı keçirilir. Müxtəlif ölkələrdən onlarca ifaçı “Dubay metrosunda musiqi” festivalında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib. Dubay metrosunun “Burjuman”, “Union”, DMCC, “Mall of the Emirates” və “Burj Khalifa” stansiyaları küçə musiqiçilərinin səhnəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, “Gulf News” qəzetinin yazdığına görə, bu festival təkcə BƏƏ-də deyil, bütövlükdə Yaxın Şərq regionunda ilk dəfə keçirilir.

Festivalda Bolqarıstan, Braziliya, Hindistan, İndoneziya, Rusiya, İordaniya, Livan, Suriya, habelə Körfəz ölkələrindən 25 musiqiçi iştirak edir. Ölkə rəhbərliyindən bildiriblər ki, Dubay hökumətinin və BƏƏ Nəqliyyat Departamentinin hamiliyi ilə keçirilən bu festival mədəni müxtəliflik, eklektiklik və dözümlülük ruhunu qabartmağa xidmət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR