Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun?

Deputat: Onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun?
Sakura

Deputat: Onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun?

Millət vəkili Azər Badamov gənclərin, xüsusilə ali məktəbləri bitirən gənclərin işlə təmin olunması məsələsini qaldırıb.

Oxu.Az-ın xəbərinə görə, o, bu barədə fikirlərini parlamentin Gənclər və idman komitəsinin yanvarın 25-də keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.

O, Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini, gənclərə öz potensiallarını nümayiş etdirmələri üçün hər cür imkan və şərait yaradıldığını xatırladıb. Bildirib ki, dövlət, hökumət rəhbərliyi, ən əsası, ölkə prezidenti səviyyəsində gənclərə böyük diqqət və qayğı mövcuddur.

“Amma bununla belə, bəzən gənclərimiz işlə təminat məsələsində çətinliklərlə üzləşirlər. Onlar ali məktəbləri bitirib, işlə təmin olunmaları üçün müvafiq qurumlara müraciət edəndə “iş təcrübəsi” şərti, baryeri ilə üzləşirlər.

Onlar qarşısında iş təcrübəsinin olub-olmadığı şərti qoyulur. Axı onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun? Ona görə hesab edirəm ki, bu məsələ, bu baryer aradan qaldırılmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR