Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Çuğundur qadınlar üçün faydalı xüsusiyyətləri

Çuğundur qadınlar üçün faydalı xüsusiyyətləri
Sakura

Çuğundur gəncliyi qaytaracaq. Necə? Tərəvəzin qadınlar üçün faydalı xüsusiyyətləri

Çətin ki , hər birimiz yediyimiz qidaların tərkibi, xüsusən adi tərəvəzlər haqqında ciddi şəkildə düşünək. Əlbəttə ki,  çox nahaq.  Təcrübə göstərir ki, bəzən ən sadə şeylər də əsl sehrli xüsusiyyətlərə malikdir.  İnsanların quruluşu belədir  - sözün əsl mənasında ayaqları altına düşən nemətlərdən  daha çox, xarici məhsulların faydasına, onların  guya cavanlığı  daha uzun müddət qoruyacağına  inanırlar.

Yaşlanmadan qorunmaq üçün  hansı bitkiyə dərman deyilə biləcəyini bilirsinizmi?  Ens.az saytının bu  məqaləsi xüsusilə sizin üçündür.

Çuğundurun yaşlanma əleyhinə 4+  xüsusiyyətləri

Çuğundurun antioksidant xüsusiyyəti

Çuğundur - hüceyrə səviyyəsində orqanizmin  qocalması ilə mübarizə aparan  maddələrin saxlanmasına görə tərəvəzlər arasında liderdir. Çuğundurun tərkibindəki betalain kofein və askorbin turşusu bədəni artroz və Alzheymer kimi yaşlanma xəstəliklərindən qoruyan güclü antioksidantlardır.

Onkologiyanın inkişafının qarşısının alınması üçün də həkimlər qida rasionuna  bu tərəvəzi əlavə etməyi məsləhət görürlər.

Çuğundur bir çox vitamin, mineral və amin turşusu ilə zəngindir.

Çuğundur  beynin  fəaliyyətinə təsir göstərir

Çuğunduru müntəzəm yemək beyin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və yaddaş problemlərinin qarşısını ala bilər. Unutqanlıq və  müvəffəqiyyətsizliklərin meydana çıxması qocalığın qorxunc müjdəçisidir.

Çuğundur belə xoşagəlməz simptomların inkişafını ləngidən  məhsuldur . Tərəvəzin tərkibində beynin bölgələrinə qan getməsinə səbəb olan və bununla da fəaliyyəti  yaxşılaşdıran pəhriz nitratları vardır.

Çuğundur qan təzyiqini normallaşdırır

Eyni pəhriz nitratları, qana daxil olaraq qan damarlarının genişlənməsinə kömək edir, bu da qan təzyiqini aşağı salmağa imkan verir.

Məlumdur ki, yüksək qan təzyiqi yaşlıların bəlasıdır.  Yaşla, müxtəlif amillər səbəbindən qan təzyiqi səviyyəsi yüksəlir və bu ürək və qan damarları üçün ciddi bir yükdür.

Buna görə təzyiqinizi 120 ilə 80 arasında nə qədər uzun tuta bilsəniz, bir o qədər cavan olacaqsınız.  Müntəzəm olaraq çuğundur  yemək buna  kömək edəcək.

Çuğundur - təbii  hepatoprotektor

Çuğundur, həzm, qaraciyər funksiyası və bədəndən zərərli və zəhərli maddələrin aradan qaldırılması üçün cavabdeh olan ən vacib amin turşusu olan betainin gündəlik normasının 13% -ni ehtiva edir.

Bu isə  yaxşı dəri və saçlar deməkdir - cazibədarlıq, seksuallıq və cavanlıq deməkdir.

Bonus olaraq: çuğundur qadınların  cavan qalmasına necə kömək edir?

Çuğundur yemək hamı üçün yaxşıdır, ancaq qadının sağlamlığı üçün xüsusilə əhəmiyyətlidir.

Hormonal fonu sabitləşdirən fol turşusu və amin turşularını ehtiva edir.

Çuğundurun rasionunuza daxil edilməsi ağır menstruasiya zamanı qan azlığının qarşısını almağa kömək edəcək.

Çuğundurun tərkibində fitoestrogenlər olmasa da, bir çox qadın qeyd edir ki, çuğunduru yemək menopoz zamanı qanaxmaları azaldır.

Qadın üçün incəlik -  gəncliyin simvoludur.

Çuğundur sizə  bu işdə  kömək edəcək.  Dadlı və şirindir, lakin 100 qr.da yalnız 43 kkal ehtiva edir, buna görə istifadəsi formanıza zərər vermir, əksinə karbohidrat mübadiləsini normallaşdırmaq və bağırsaqları təmizləməklə əlavə bir neçə kiloqram çəki itirməyə imkan verəcək.

Çuğundur eyni zamanda təbii bir enerjidir, bədənin dözümünü yaxşılaşdırır və məşq zamanı güc verir.

Hansı halda çuğundur daha faydalıdır-  çiy və ya qaynadılmış?  Çuğundur hər qaydada  faydalıdır, termik işləmlərdə faydalı maddələr yox olmur.

Sonda qeyd edək ki, dietoloqlar çuğunduru hər hansı bir formada (çiy , qaynadılmış və ya bişmiş) həftədə 2-3 dəfə yeməyi məsləhət görürlər.

Mənbə: ОДА

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR