Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama
Sakura

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün ərzində sağlam şəkildə arıqlamaq istəyənlər bu kokteylləri içməklə orqanizmin vitamin və mineral balansını ödəməklə, artıq çəkidən xilas ola bilərlər.
1-ci gün.
Kivi, ispanaq, limon və cəfəri qarışımlı kokteyl orqanizmdən artıq suyun çıxarılmasına yardımçı olmaqla yanaşı, orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir. Gün ərzində 1 dəfə zəif kalorili yemək və 2 dəfə bu kokteyldən içməklə çəkinizi azalda bilərsiniz.
2-ci gün.
Day.Az immunitet.az-a istinadən bildirir ki, gün ərzində acdıqca hər dəfə banan və xurma kokteyli için və ən azı 1-2 km piyada gəzin. Hər dəfə kokteyl hazırladıqda 2 banan və 2 xurmadan istrifadə edilir.
3-cü gün.
Gün ərzində 3 dəfə ananas və ədviyyatlı (sarıkök və az miqdar darçın) kokteyl içməklə orqanizminizin mineral və vitamin balansını ödəyə bilərsiniz. Bu kokteyl sizə aclığınızı hiss etdirməyəcək.
4 cü gün.
Avokado kokteylini gün ərzində 3 dəfə için və piyada gəzin.
5-ci gün.
Manqo ilə portağallı kokteyl orqanizminizin vitamin və minerallara olan balansını ödəməklə sağlam şəkildə arıqlamağınıza səbəb olacaq.
6-cı gün.
Çuğundur və zəncəfildən hazırlanmış kokteyl çox faydalı olmaqla yanaşı metobolizmi sürətləndirərək araqlamağa kömək edir.
7-ci gün.
Gilləmeyvə və kefirdən hazırlanmış kokteyl sizin dadlı keçən həftənizi tamamlayaraq kalsium balansınızı ödəyəcək və sizin az çəki ilə sağlam bədənə sahib olmağınıza səbəb olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR