Slimfit
  1. ARAŞDIRMA

Çoxmərtəbəli binaların problemləri - Hansı mərtəbədən mənzil almalı?

Çoxmərtəbəli binaların problemləri - Hansı mərtəbədən mənzil almalı?
Sakura

Çoxmərtəbəli binaların problemləri - Hansı mərtəbədən mənzil almalı?

Hazırda çoxmərtəbəli binalarda mənzil almaq çox dəbdədir. İmkanından asılı olmayaraq əksər insanlar belə mənzil sahibi olmaq arzusundadırlar. Mənzili əldə etmək imkanında olanlar isə yeni tikilmiş "göydələn"lərin yuxarı mərtəbələrində ev almağa can atırlar. Bunu belə əsaslandırırlar ki, binanın yuxarı qatından şəhərin ümumi mənzərəsi və xüsusilə də dəniz daha yaxşı görünür. Amma nədənsə, bu seçimi edənlər sadəcə öz sağlamlıqları haqqında düşünmürlər.

Alimlərin qənaətinə görə 7-ci mərtəbədən yuxarıda olan mənzillərdə yaşamaq insan sağlamlığı üçün ciddi problemlər yarada bilər. Belə ki, orqanizm üçün vacib olan yerin maqnit sahəsinin zəifləməsi bir çox xəstəliklərin başlanğıcı üçün şərait yaradır. Məhz yerin maqnit sahəsi, artıq 7-ci mərtəbədən başlayaraq zəifləyir ki, bu da müvafiq normalara cavab vermir.

Geomaqnit sahənin zəifləməsi insanın ürək-damar, sinir və immun sisteminə mənfi təsir göstərərək orqanizm üçün gərginlik yaradır, bədənin artıq yüklənməsinə və çalışmasına səbəb olur.

Bununla yanaşı mütəxəssislər binanın hansı materialdan tikilməsi ilə bağlı da nəticəyə gəliblər. Belə ki, beton binada maqnit səhəsi 10 faiz, kərpic binada 7 faiz, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir.

 

Çoxmərtəbəli binalardan dəniz panoramasını sevənlər daha bir ciddi sağlamlıq problemi ilə üzləşirlər. Bu insanlar yumşaq kürsülərini pəncərənin önünə, yaxud eyvana qoyaraq saatlarla sevdikləri mənzərəni seyr etməklə öz hərəkətzisliklərini "tam" şəkildə təmin edirlər. Belələri unudurlar ki, sağlamlıq üçün zövqlü, yaraşıqlı mənzillərdən saatlarla dənizi seyr etmək yox, cəmisi 30-40 dəqiqə dəniz sahilində gəzmək daha vacibdir. Məhz elə bu vacibliyi düşünən insanlar kifayət qədər vəsait xərcləyərək uzun məsafələri qət edib yay tətillərini dəniz sahillərində keçirməyə üstünlük verirlər.

Təbii ki, mövzu ilə bağlı ortaya bir sual da çıxır. Əgər hündürmərtəbəli binaların yuxarı qatlarında yaşamaq insan sağlamlığı üçün problem yaradırsa, bəs onlar niyə inşa olunur? Cavab çox sadədir. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə ən böyük ticarət şəbəkələrindən tutmuş kiçik marketlərə qədər insan orqanizminə yetərincə zərbə vuran tütün məhsulları, alkoqollu içkilər, qızardılmış və hisə verilmiş qida məhsulları, qazlı şirin içkilər, müxtəlif çeşidli mayonezlər, çipsilər və s. satılır. Hətta saydıqlarımızın bir çoxları geninə-boluna olduqca cəlbedici bir formada reklam da olunur. Amma bu, heç də o demək deyil ki, təklif olunan hər məhsul məcburi şəkildə alınmalıdır. Təklif olunan mənzillər də bunun kimi...

Nəhayət, bəlkə də çoxlarınızın eşitdiyi bir məsəli də xatırlatmaq yerinə düşərdi. Amerikaya səfər edən azərbaycanlı yerli sakinlərin biri ilə tanış olduqdan sonra soruşur:

- Yəqin ki, sizin də göydələnlərdə mənziliniz var?

Amerikalı gülümsəyərək cavab verir:

- Mən o qədər yoxsul və imkansız deyiləm ki, orada yaşayım...

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR