Dərc edildi: Baxış sayı: 638
Çinli alimlər insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar
Çinin Çjençjou universitetinin alimləri insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, universitetin mütəxəssisləri insan bədəninin hərəkətini enerjiyə çevirə bilən nanogenerator hazırlamağa müvəffəq olublar. Onun köməyi ilə saatları və müxtəlif elektron qurğuları enerji ilə təmin etmək mümkündür. Yeni nanogeneratoru paltarda gəzdirmək və hətta yumaq belə olur.
Alimlərin fikrincə, hərəkəti enerjiyə çevirə bilən yeni texnologiya insanın ənənəvi elektrik enerjisindən asılılığını azalda biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət