Dərc edildi: Baxış sayı: 577
Ceki Çan koronavirusa görə xəstəxanaya yerləşdirilməsindən danışdı
Ötən həftələrdə koronavirusunun müalicəsini tapanə 1 milyon Çin yuanı (140 min dollar) ilə mükafatlandıracağını açıqlayan əfsanəvi aktyor Ceki Çanın bu virusa yoluxduğu, karantinə alındığı iddia edilirdi.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyora yaxın mənbələrin bu məlumatı təkzib etməsindən sonra Ceki Çan instaqramda bu iddialara aydınlıq gətirib.
Sağlamlığının yerində olduğunu və koronavirusa tutulmadığını açıqlayan 65 yaşlı ulduz “Narahat olduğunuz üçün təşəkkür edirəm! Mən təhlükəsiz və çox sağlamam. Xahiş edirəm narahat olmayın, karantində deyiləm. Ümid edirəm ki, hamı təhlükəsiz və sağlam qalacaq!”, deyə qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət