Slimfit
  1. AZƏRBAYCAN

Çavuşoğludan Paşinyana Qarabağ mesajı

Çavuşoğludan Paşinyana Qarabağ mesajı
Sakura

Çavuşoğludan Paşinyana Qarabağ mesajı

Əgər Ermənistan təcrid olunmuş bir ölkə kimi yaşamaq istəmirsə, problemləri aradan qaldırmalıyıq. Bizim həssaslığımız bəllidir, Azərbaycanı qəbul edəcəyi hər bir həll yolunu biz də dəstəkləyərik.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ötən gün ölkənin Xarici İşlər Nazirliyinin başçısı ilin yekunları və ölkənin xarici siyasəti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ermənistanda seçkiləri qazanan Nikol Paşinyan hakimiyyəti ilə münasibətlərdə normallaşmanın olub- olmayacağı barədə sualı cavablandıran Çavuşoğlu bildirib ki, İrəvanda münasibətlərdə normallaşma üçün ilkin şərt dəqiqdir.

“Yeni rəhbərlik “ilkin şərtsiz Türkiyə ilə görüşməyə hazırıq” deyir, amma bizim ilkin şərtimiz dəqiqdir. Azərbaycanın həssaslığını diqqətə almadan bir addım atarıqmı? Əsasən, həm Türkiyə, həm də Azərbaycanla münasibətləri eyni anda normallaşdıra biləcək addımlar atmalıyıq, problemləri həll etməliyik. Bu, Ermənistan üçün daha faydalı olar. Qarabağ məsələsini, işğal edilmiş torpaqlarməsələsini həll etmək lazımdır”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı İrəvana dəqiq mesaj göndərib.

Xatırladaq ki, Paşinyan daha əvvəl Ermənistanın heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətləri həll etmək istədiyini deyib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti münasibətlərin bərpası üçün ilkin şərt irəli sürür (Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması – red.).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR