Dərc edildi: Baxış sayı: 935
Çavuşoğlu: “Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik”
Çavuşoğlu: “Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik”
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış türk gəmisi haqqında danışıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “NTV” xəbər yayıb.
Gəminin Qabon ərazisinə yaxınlaşdığını deyən Çavuşoğlu “Kapitan və şəxsi heyət yaxşıdır. Vətəndaşların xilas edilməsi üçün danışıqlarımız davam edir”, - deyib.
Mövlud Çavuşoğlu həm də “Gəmidə vəfat edən azərbaycanlı qardaşımızın nəşi də var. Onun üçün də gəmi sahilə yanaşan kimi lazımı tədbirləri həyata keçirəcəyik”, - deyə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət