Buxarest-Bakı aviareysi açılır
Rumıniyanın “Tarom” aviaşirkəti 2019-cu il aprelin 3-dən etbarən Buxarest-Bakı istiqamətində birbaşa aviareys açacaq.
AzNews.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri “Boeing 737-700” təyyarələri ilə həyata keçiriləcək”.
Buxarestin "Henri Coan"da Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla 03:00-da, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş yerli vaxtla 15:30-da həyata keçiriləcək.
Buxarestdən bir istiqamətdə biletin qiyməti 212,32, Bakıdan – 202, hər iki istiqamətə biletin qiyməti 341 avrodan başlayır. Qiymətə 10 kilo əl yükü, 23 kilo baqaj, yemək və arzulanan yeri tutmaq haqqı daxildir.
Rumıniyanın "Tarom" aviaşirkəti 1954-cü ildə təsis olunub. Şirkət Nəqliyyat Nazilrliyinin rəhbərliyi altında fəaliyyət göstərir və 2010-cu il iyunun 25-dən SkyTeam alyansının üzvüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət