Slimfit
  1. AVTO VƏ MOTO

BUXAR MAŞINI

BUXAR MAŞINI
Sakura

BUXAR MAŞINI HAQQINDA

Buxar maşını (buxarmobil) - indiki zamanda standart daxili yanma mühərriki (DYM) əvəzinə buxar mühərriki (xarici yanma istilik mühərriki) istifadə edən bir avtomobildir. Bu cür avtomobillər uzun müddət mövcud oldular, amma buxar mühərrikinin aşağı səmərəliliyi səbəbindən onlar geniş yayılmadılar və XIX əsrin sonu XX əsrin əvvəllərində mühərrikin təkmilləşdirilməsinə baxmayaraq DYM avtomobillərlə əvəzləndilər.

TARİXİ

Çində Yezuit cəmiyyətinin üzvü olan Ferdinand Verbst 1681-ci ildə başa çatan və 1687-ci ildə Almaniyada çap olunan Astronomia Europea adlı əsərində söyləyir: təxminən 1672-ci ildə o, Çin imperatoru üçün oyuncaq buxar arabası hazırladı, hansı ki, ola bilsin ki, ilk buxarla işləyən nəqliyyat vasitə oldu. Bu əsərdə, Verbst ilk dəfə "motor" termini öz mənasında ifadə etmişdir. Bir kömür doldurulmasında avtomobil bir saatdan artıq hərəkət edə bilərdi. Uzunluğu 65 sm (25,6 düym) olduğundan, o özlüyündə miqyaslı model təqdim edirdi, sərnişinlərin, sürücülərin və ya yükün daşınması üçün nəzərdə tutulmamışdır və tamamilə "maşın" adlandırmaq düzgün olmazdı. Buna baxmayaraq, əldə hazırlanmış mühərrik ilə hərəkət edə biləcək ilk avtomobil idi. Həmin dövrdə buxar mühərriki hələ məhşur olmadığı üçün Verbst eolipil (öz oxları ətrafında dönə biləcək bir sahədir) prinsipini istifadə etmişdir. Buxar kürəşəkilli qazanda yaranırdı və arxa təkərləri hərəkətə gətirən sadə "buxar turbininə" (su çarxı kimi) göndərildiyi yerdən truba vasitəsi ilə yuxarı çıxırdı.

İstehsalda istifadə olunan ilk buxar mühərriki 1698-ci ildə ingilis mexaniki Tomas Severi tərəfindən hazırlanmış "yanğın qurğusu" oldu. Sonra 1712-ci ildə ingilis dəmirçi Tomas Nyukomen özünün "atmosfer mühərriki"ni nümayiş etdirdi. Bu Severinin hazırladığı buxar mühərriki idi, hansı ki, Nyukomen buxarın işləmə təzyiqini əhəmiyyətli dərəcədə azaltmışdı. Nyukomenin gəmilərdə kürək çarxının fırlanması üçün porşenin qarşılıqlı hərəkətindən istifadə etmə cəhdləri uğursuz oldu. Ancaq Nyukomenin nailiyyəti ondan ibarət idi ki, o, mexaniki iş əldə etmək üçün buxardan istifadə etmək fikrini həyata keçirən ilk şəxslərdən biridir. Nyukomenin buxar maşınları geniş yayılmışdı: 1735-ci ilə yalnız İngiltərədə yüzdən çox idi. Rusiyada Severi nasosunun təsviri 1738-ci ildə akademik Corc Volfhanq Kraftın (1701-54) "Sadə və çətin maşınları anlamaq üçün qısa tapşırıq" kitabında, 1760-cı ildə isə İvan Andreyeviç Şlatterin (1708-68) "Filiz işinin ətraflı təlimatı..." və Nyukomenin buxar-atmosfer maşınının ilk təsviri ortaya çıxdı.

Ceyms Vatt, Nyukomenin buxar maşınını təkmilləşdirdi. 1769-cu ildə Uattın patentləşdirdiyi ilk əhəmiyyətli təkmilləşdirməsi, kondensasiya üçün izolə edilmiş kamera idi. O, buxar silindrini izolə etdi, 1782-ci ildə isə ikili hərəkət maşınını kəşf etdi. Kiçik təkmilləşdirmələrlə birlikdə bu ixtira buxar maşınının məhsuldarlığını 4 dəfədən çox artırmışdır. Bundan əlavə, avtomobili idarə etmək daha asan olmuşdur.

XVIII əsr

1769-cu ildə fransız ixtiraçı Nikola Cozef Kyunyo "Kyunyonun kiçik arabası" kimi tanınan buxar mühərrikli tamölçülü maşınının ilk nümünəsini, 1770-ci ildə isə "Kyunyonun böyük arabası"nı sınaqdan keçirdi. İxtiraçının özü onu "Atəş arabası" adlandırmışdı - artilleriya qurğularını dartmaq üçün nəzərdə tutulmuşdu.

"Kyunyo arabası"nı nəinki avtomobilin, həm də buxarın qüvvəsi ilə hərəkətə gələn "buxardaşıyıcı"nın(parovoz) əcdadı hesab olunur. Kyunyonun buxar arabası yeganə ön təkər ötürücüsünə malik idi. Lakin göründüyü kimi, onun idarə edilməsi əhəmiyyətli deyildi, hansı ki, dünyanın ilk avtomobil qəzasına səbəb oldu: ixtiraçı sınaqlarda idarəetməyə nəzarətini itirdi və XVIII əsrin texnika möcüzəsi olan Arsenal divarını yıxdı. Doğrudur, bəzi müəlliflər qəza faktını sual altına alır.

1784-cü ildə Uilyam Myordok, Redrutdda(İngiltərədə şəhər) buxarla işləyən ilk fayton modelini qurdu, 1801-ci ildə isə Riçard Trevitik Kambornun yolları boyunca tam ölçülü avtomobildə getdi. Bu cür maşınlar bir müddət dəbdə oldular və növbəti onilliklər ərzində əl əyləci, çoxpilləli transmissiya və təkmilləşdirilmiş sükan idarəsi kimi yeniliklər inkişaf etdirildi.

ABŞ-da avtomobil üçün ilk patent 1789-cu ildə Oliver Evansa verildi. Evans 1805-ci ildə ABŞ-da özünün ilk özügedən avtomobilini nümayiş etdirdi, hansı ki, nəinki dünyanın ilk avtomobili, həmçinin dünyanın ilk amfibiya-maşını hesab olunur.

XIX əsr

XIX əsrdə, İngiltərə, Fransa, Rusiya da daxil olmaqla bir çox Avropa ölkələrində adi yollar üçün buxar dartıcısı üzərində dilijanslar(şəhərlərarası sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi) və rutyerlər (buxar dartıcıları, yəni relssiz buxardaşıyıcıları) tikilmişdir və istifadə edilmişdir, lakin onlar ağır, bahalı və əlverişsiz idi, buna görə də geniş yayılmadılar.

1813-cü ildə London buxar avtobuslarının ixtiraçısı və operatoru Uolter Henkok tərəfindən dörd nəfərlik buxar faytonu hazırlanmışdır.

1815-ci ildə Praqa politexnikomunun professoru Yozef Bojek qatı yanacaqlı buxar maşınını yığır.

Rus-Türk(1877-1878) müharibəsi dövründə Rusiya imperiyasında Britaniya və Rusiyanın 12 kömür rutyersindən ibarət hərbi hissə yaradılmışdır. Daha sonra rutyerlər Bakıya göndərildi, burada onlar mazutla işə yönəldildilər.

Lüks əşyalar kimi minik avtomobillərinin hazırlanması halları olmuşdur. Beləliklə, 1884-cü ildə tikilmiş və buxardartıcı üzərində işləyən La Marquise (rəsmi adı - De Dion-Bouton et Trepardoux) kimi tarixə düşdü.

Yüngül, yığcam və güclü daxili yanma mühərrikinin yaranması avtomobilin inkişafı üçün geniş imkanlar açdı. 1885-ci ildə alman ixtiraçısı Hottlib Daimler, 1886-cı ildə isə həmyerlisi Karl Bents ilk özü hərəkət edən benzin mühərrikli ekipajı istehsal edib patentləşdirdi. Bununla belə, buxar mühərrikinin köhnəlməsinə baxmayaraq, erkən avtomobillərin konstruktorları hələ də bu istiqamətdə bir neçə onilliklər ərzində işləməyə davam etmişdir.

XX əsr

XX əsrin I rübündə buxar mühərrikli və elektromobillər geniş yayılmışdır. 1900-cü ildə ABŞ-da avtomobillərin təxminən yarısı buxarla işləyirdi. 1910-cu illərdə benzin mühərrikləri hakim olana qədər buxar, elektrik və benzin avtomobilləri onilliklər boyunca rəqabət etdilər(xüsusilə Henri Ford 1908-ci ildən etibarən istehsal edilən məşhur "T modeli"nin kütləvi istehsalını nizamlayan zaman). Lakin, 1920-ci illərdə kerosin və mazuta nisbətən benzinin qiymətinin qlxması buxar maşınlarının populyarlığı qalxdı.

Stenli qardaşları ildə təxminən 1000 buxar maşını istehsal edirdi. 1909-cu ildə qardaşlar Koloradoda ilk lüks sinif otellərini açdılar, qonaqları dəmir yolu stansiyasından otelə buxar avtobusları gətirirdi və bu da avtomobil turizminin faktiki başlanğıcı oldu. Stenli firması 1927-ci ilə qədər buxar avtomobili istehsal etdi. Bir sıra üstünlüklərə (yaxşı dartıcılıq, çoxyanacaqlıq) baxmayaraq, buxar avtomobilləri 1930-cu illərdə istismarında çətinliklər səbəbindən səhnəni tərk etdilər.

Sənaye uzun müddət, yəni 1960-cı ilə qədər buxar maşınları istehsal edirdi. Buxar maşınları ABŞ və Böyük Britaniyadakı fermerlər tərəfindən aktiv istifadə edilirdi: 1950-ci ilə qədər fermalarda işləyən kənd təsərrüfatı buxar texnikasının 6 növü var.

İTTİFAQ LAYİHƏLƏRİ

1948-ci ildə yeddi tonluq YAZ-200 (daha sonra MAZ-200) şassisi üzərində təcrübəli NAMI-012 quruldu. Üç silindrli buxar maşınının xüsusiyyətləri çox tanış idi: güc - 100 at gücü, dövriyyə - dəqiqədə 1250-yə qədər.

XXI əsr

Buxar mühərriklərinin pərəstişkarları yürüşlər təşkil edirlər, bunlardan ən məşhuru Britaniyanın Dorset qraflığında olan "Great Dorset Steam Fair"dir. 1969-cu ildən bəri keçirilir və 5 gün davam edir. Festivalın sonunda avtomobillərin paradı təşkil edilir. 2013-cü ildə rekord sayda parad iştirakçıları qeydə alındı - 103 buxar maşını.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR