Slimfit
  1. SİYASƏT

Qarabağ və Şərqi Zəngəzura köçən ailələrə "kupça" veriləcək?

Qarabağ və Şərqi Zəngəzura köçən ailələrə "kupça" veriləcək?
Sakura

Qarabağ və Şərqi Zəngəzura köçən ailələrə "kupça" veriləcək?

 

Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, köç prosesi də sürətlə davam edir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Maraqlıdır, bəs görəsən, Qarabağa və Şərqi Zəngəzura köçən ailələrə verilən mənzillər çıxarış ("kupça") ilə təmin olunacaqmı?

Ens.Az-ın məlumatına əsasən,məsələ ilə əlaqədar Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.

"Layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR