Slimfit
  1. MARAQLI

Bu dondurma 200 dərəcədə qızardılaraq hazırlanır

Bu dondurma 200 dərəcədə qızardılaraq hazırlanır
Sakura

Bu dondurma 200 dərəcədə qızardılaraq hazırlanır

Ens.az xəbər verir ki, Türkiyənin Balıkəsir şəhərinin Edremit rayonunda isti havalardan təngə gələn vətandaşların sərinləmək üçün yediyi dondurma qəribə bir üsulla müştərilərə təqdim edilir. Əriməməsi üçün soyuducuda saxlanılması lazımkən, qızardılaraq verilən dondurma görənlərin böyük təəccübünə səbəb olur. Müştərilər normal dondurmadan fərqli olaraq qızardılmışını boşqabda qaşıqla yeyirlər.

Edremitin turistik Akçay məhəlləsində dondurma firmasının müştərilərə təqdim etdiyi, günəbaxan yağında qızardılmış dondurma insanların təəccübünə səbəb olduğu qədər, dadıyla da özünə heyran buraxır. Akçay məhəlləsində babadan nəvəyə davam etdirilən dondurma firmasının sahibi Zəkəriya Vardar dondurma bazarına bu yeniliyi gətirərək insanların diqqətini çəkməyi bacardı. 200 dərəcə qızğın yağda qızardılan dondurma, üzərinə tökülən sous və fıstıq ilə servis edilir. Fərqli ləzzətlər axtarışında olanlar qızarmış dondurma üçün axın edirlər.

Dondurmanı qızardaraq 20 ildir müştərilərinə fərqli bir ləzzət bəxş etdiklərini vurğulayan Zəkəriya Vardar bildirib:

"Qızarmış dondurmanı bir gün əvvəldən hazırlayırıb, dərin dondurucuda saxlayırıq. Sonra sifarişə görə bişirib servis edirik. Babadan nəvəyə davam edən üsulla təbiiliyini qoruduğumuz qızarmış dondurmaya sous tökərək ləzzətini daha da artırırıq. Nəhayət, qızardıb şokoladı, fıstığı əlavə edərək hazır vəziyyətə gətiririk. Ən böyük özəlliyi dondurmanın qızarmış olmasıdır, sous və fıstığın əlavəsi isə dondurmaya yeni ləzzətlər qatır. Biz dondurmanı tamamilə qızardırıq. 200 dərəcədəki yağın içərisinə ataraq müəyyən müddət ərzində bişməsini gözləyirik. İçərisindəki dondurma qətiyyən ərimədən ən sərt halını qoruyub saxlayır. Sadəcə ətrafındakı sousu qızarır. Elə dondurmaya o ləzzəti verən də ətrafındakı sousu və fıstığıdır."

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR