Slimfit
  1. CƏMİYYƏT

“BRAVO” supermarketlər şəbəkəsindən Əhmədlidəki filialına edilmiş silahlı basqınla bağlı AÇIQLAMA

“BRAVO” supermarketlər şəbəkəsindən Əhmədlidəki filialına edilmiş silahlı basqınla bağlı AÇIQLAMA
Sakura

“BRAVO” supermarketlər şəbəkəsindən Əhmədlidəki filialına edilmiş silahlı basqınla bağlı AÇIQLAMA

Bu gün səhər saatlarında Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə edilmiş silahlı hücumla bağlı şəbəkə məlumat yayıb. 

Oxu.Az “BRAVO”nun açıqlamasını təqdim edir:  

“Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. 

Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır.

Bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.

BRAVO hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat Xidmətindən ictimaiyyətə təqdim ediləcəkdir.

Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR