Slimfit
  1. DÜNYA

Böyük uğursuzluğa düçar olmuş 4 marketinq kampaniyası

Böyük uğursuzluğa düçar olmuş 4 marketinq kampaniyası
Sakura

Böyük uğursuzluğa düçar olmuş 4 marketinq kampaniyası

Tanınmış markaların əksəriyyəti müntəzəm olaraq böyük xərc tələb edən reklam kampaniyaları həyata keçirirlər. Ancaq bu marketinq kampaniyalarının bəziləri bu işdə əməyi olan insanların diqqətsizlik etmələri nəticəsində nəinki gözlənilən nəticəni əldə etmir, əksinə şirkətin imicinə zərər verirlər.

Sosial media vasitələrinin həyatımızın hər sahəsinə sirayət etdiyi bu günlərdə belə uğursuzluğa düçar olan marketinq kampaniyalarının sürətlə yayılması və sözü gedən kampaniyanın sahibi olan markanın da sosial media istifadəçilərinin qəzəbinə düçar olması sözün əsl mənasında bir göz qırpımında baş verir. Sonra isə şirkət böyük bir ictimaiyyətlə əlaqələr böhranına sövq olur ki, bəzi şirkətlər bu prosesi düzgün idarə edib cüzi zərərlə işin içindən çıxır, bəziləri isə daha çox tənqid hədəfinə çevrilirlər.

Bu vaxta qədər belə hadisələrə çox tez-tez rast gəlmişik. Ancaq bəziləri daha çox yadda qalan olmuşdur. Aşağıdakı nümunələrdə onların bəziləri ilə tanış ola bilərsiniz:

Domino’s Pizza

Şirkət Rusiyadakı insanlara öz loqolarının döyməsini etdirəcəkləri təqdirdə 100 ədəd pizza təklif etdi. 100 ədəd pizza qazanmaq üçün insanların döymə etdirdikdən sonra şəkilləri sosial media hesabları vasitəsilə yayımlamaları tələb edilirdi. Bununla yanaşı kampaniyanın oktyabr ayının sonunda yekunlaşması düşünülürdü. Ancaq kampaniyanın başlamasından sadəcə iki gün sonra şirkət, kampaniyada iştirak qaydalarında dəyişiklik etdi və sadəcə Domino`s döymələrinin foto şəkillərini sosial media vasitələrində yayımlayan ilk 350 nəfərə pizza veriləcəyini qeyd etdi. Əlbəttə ki, bu vəziyyət markanın Rusiyadakı imici üçün heç də yaxşı nəticə doğurmadı.

KFC

Image result for kfc png logo 2018

1980 – ci illərdə KFC şirkəti Çindəki ilk restoranını açdı və markanın o vaxtlar istifadə etdiyi şüarı böyük bir tərcümə xətası nəticəsində “Barmaqlarınızı yeyib bitirin” (Eat Your Finger Off) olaraq tərcümə edildi. Ancaq bu böyük səhv markanın populyarlığına təsir göstərmədi və KFC hazırda Çindəki ən məşhur fast-fud restoran zəncirlərindən biridir.

JCPenney

Yuxarıdakı şəkildə gördüyünüz reklam lövhəsi JCPenney şirkətinə məxsus su isidicisinin reklamını həyata keçirirdi. Ancaq bu isidicinin görünüşü qəribədir ki, heç sevilməyən tarixi şəxsiyyəti, Adolf Hitleri xatırladırdı. Bir çox internet istifadəçisi su isidicisinin başlığının məşhur “Faşist salamı”, qapağın uc hissəsinin Hitlerin bığı və tutacağın isə onun saçı kimi göründüyünü bildirdi. Bütün bu şərhlərdən sonra şirkət reklamı tamamilə dayandırmalı oldu.

Cənazə xidmətləri reklamı

Yuxarıdakı şəkildə metroda yerləşdirilən reklam lövhəsində cənazə xidmətləri reklamı qeyd edilib və bu reklam afişasında böyük hərflərlə “Biraz yaxınlaşın”ifadəsi və onun altında isə olduqca kiçik şriftlərlə yazılmış cənazə xidmətləri təklif edən bu firmanın ünvanı qeyd edilib. Yəni, bu reklam afişası firmanın ünvanını rahat şəkildə oxumaq üçün insanları afişaya bir az daha yaxınlaşmaqlarını söyləyir.

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR