Dərc edildi: Baxış sayı: 531
Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək
Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Bolqarıstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Nazir müavini dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.
Qeyd edək ki, gələn ilin yanvar ayından etibarən Təşkilata sədrlik Bolqarıstana keçəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət