Slimfit
  1. MARAQLI

Boks əlcəkləri

Boks əlcəkləri
Sakura

Boks əlcəkləri nə vaxt yaranıb?

Məlum olduğu kimi yumruqlar hər zaman öz gücünü və üstünlüyünü göstərmək üçün istifadə olunub. E.ə. 686-cı ildə yumruq döyüşlərini Olimpiya oyunlarına daxil etdilər. Döyüşlər izləyici əhatəsində açıq havada keçirilirdi. Mübarizə rəqiblər ayaqda qalana qədər davam etdirilirdi. İctimai hörmətdən əlavə qalib qızıl, gümüş, təntənəli geyim və hətta ev heyvanı ilə mükafatlandırılırdı.

Müasir boksun banisi 10 dəfə İngiltərənin çempionu olmuş Cons Brauton hesab olunur. O əvvəllər aparılmış kobud yumruq döyüşlərindən fərqli olan döyüş qaydalarını hazırladı. Bu vaxtdan başlayaraq döyüşlər xüsusi sahələrdə - rinqlərdə aparılmağa başlandı. Raundların sayı məhdud deyildi. İdmançıların dözümlülüyündən asılı olaraq onların sayı 70-ə çatırdı.

1841-ci ildə döyüşlərin qaliblərini “çempion kəməri” ilə mükafatlandırmağa başladılar.İlk kəmər boks həvəskarlarının topladığı pulla hazırlanmışdı və özündə qalibin adı həkk olunmuş gümüş qalxan olan qırmızı məxməri kəməri təcəssüm etdirirdi.

Markiz Kvinsberrinin 1867-ci ildə təklif etdiyi qaydalara əsasən boks əlcəklərinin əsas istifadə səbəbi döyüşçülərin təhlükəsizliyinin yüksəldilməsi idi, bu da ümumi razılığa səbəb oldu və hamı tərəfindən qəbul edildi. Bu tarixi boks əlcəklərinin ilk dəfə istifadə olması kimi qəbul etmək olar. Əsas məsələ döyüşçülərin çəki kateqoriyasına görə ayrılması oldu ki, bu da ağır çəkililərin təzyiqinə son qoydu. Həmçinin bu qaydalara əsasən boks idmanın təmiz zərbə növü oldu.

“Əlcəkli” döyüşün dünya çempionları siyahısı 1882-ci ildə boksçu professionallar tərəfindən açıqlandı. Həvəskar boks daha zəif inkişaf edirdi, o 1904-cü ildə olimpiya idman növü oldu.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR