Slimfit
  1. İDMAN

Ruslar imtina etdi, boksçumuz Olimpiadaya buraxıldı

Ruslar imtina etdi, boksçumuz Olimpiadaya buraxıldı
Sakura

Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yarışda daha bir boksçumuz iştirak hüququ qazanıb

Boks üzrə Azərbaycan yığması Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunacaq. 

Oxu.Az xəbər verir ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yarışda daha bir boksçumuz iştirak hüququ qazanıb.

Olimpiadada ölkəmizin idman şərəfini Avropa çempionu Nurlan Səfərovla (60 kq) yanaşı, birinciliyin gümüş medalçısı Nicat Həsənov (69 kq) da qoruyacaq. Bu, Rusiya yığmasının Olimpiadaya həmyerlimizin çəki dərəcəsində boksçu aparmayacağını açıqladıqdan sonra rəsmiləşib. 

Belə ki, İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş Avropa birinciliyində şimal qonşularımızın beş üzvü çempion olduğundan, onlar Oyunlara eyni sayda da lisenziyaya yiyələnmişdilər. Lakin qaydalara görə, yarışda hər ölkə maksimum üç idmançı ilə təmsil oluna bilər.

Bu səbəbdən də rusların imtina etdikləri iki çəkidən biri 69 kq olub. Həsənov da qitə birinciliyinin finalında Rusiya millisinin üzvü Cambulat Bijamova məğlub olsa da, Olimpiadada iştirak hüququ boksçumuza verilib.

Qeyd edək ki, Oyunlara Avropa qitəsi cəmi doqquz boksçu ilə qatılacaq. Buenos Ayresə Rusiya üç, Azərbaycanla İtaliya hərəyə iki, Ukrayna və Macarıstan isə hərəyə bir idmançı ilə yollanacaq.

Mənbə:Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR