Slimfit
  1. SİYASƏT

BMT təmsilçisi: COP konfransı mühüm məsələlərin həllində özünü əsas platforma kimi nümayiş etdirib

BMT təmsilçisi: COP konfransı mühüm məsələlərin həllində özünü əsas platforma kimi nümayiş etdirib
Sakura

BMT təmsilçisi: COP konfransı mühüm məsələlərin həllində özünü əsas platforma kimi nümayiş etdirib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Ümumiyyətlə, COP konfransı mühüm məsələlərin müzakirə və həllində özünü əsas platforma kimi nümayiş etdirib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Urosevic mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Z.Urosevic qeyd edib ki, elementar tələblər ödənilmədikdə qlobal istiləşmə heç kimi maraqlandırmır: “İqlim dəyişikliklərinin təsirləri daha çox özünü büruzə verir və qlobal təhlükəsizlik üçün hədə yaradır. Biz sektorumuzu Turizmdə iqlim haqqında Qlazqo bəyannaməsi əsasında irəliyə doğru aparırıq. Bizim səylərimiz tək kifayət deyil. Sülhün bərqərar olmasında çoxsaylı amillər vacibdir. Onların qarşılıqlı əlaqəsi isə dayanıqlı turizmə töhfə verir. Münaqişədən sonra əhali arasında sülh quruculuğu səylərinin gücləndirilməsi məsələsi də burada sabah müzakirə ediləcək. Təşəbbüsə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR