Slimfit
  1. DÜNYA

Bişkekə getməyə vaxt tapmayan Paşinyan indi də Fransaya yollanıb

Bişkekə getməyə vaxt tapmayan Paşinyan indi də Fransaya yollanıb
Sakura

Bişkekə getməyə vaxt tapmayan Paşinyan indi də Fransaya yollanıb

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfərə yola düşüb.

Ens.az Trend -ə istinadən xəbər verir ki, Ermənistan baş naziri səfər çərçivəsinə oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək.

O, Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə görüşəcək. Hər iki rəsmi mətbuata birgə bəyanatla çıxış edəcək.

Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşünün olması barədə isə hələ məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl də Ermənistan və Fransa bu tipli görüşlərdən Azərbaycana qarşı növbəti təxribatları hazırlamaq üçün istifadə edirlər. Son zamanlar isə onların birgə "təşəbbüsləri" artmaqdadır.

Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat vermişdilər. Fransa Cənubi Qafqazda Ermənistanın timsalında özünə neokoloniya yaradaraq, imperialist hegomoniya qurmağa çalışır. Əgər əvvəlki dönəmlərdə Fransa üstüörtülü formada ermənipərəst mövqe sərgiləyirdisə, indi ən açıq formada bunu edir.

Daha bir faktı da xatırladaq ki, Paşinyan oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan etmişdi. Bu fakt da göstərir ki, Ermənistan siyasi hakimiyyəti açıq şəkildə təlimatları Fransadan alır. Bişkekə gəlməyə vaxt tapa bilməyən Paşinyan isə havadarsız Azərbaycanla danışıqlarda birbaşa iştirak edə bilməcəyini boynuna almış oldu, dövlət olaraq ancaq kimlərinsə maraqlarına vasitə olmaq yolunu bu gün də davam etdirirlər. Ermənistan hakimiyyətinin siyasi gedişləri də öz növbəsində sülh prosesinə qarşı yönəlib və pozuculuq məqsədi daşıyır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR