Slimfit
  1. AZƏRBAYCANLI

“Bir gün hamımız Şuşaya toplaşacağıq” – Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransadakı varisləri

“Bir gün hamımız Şuşaya toplaşacağıq” – Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransadakı varisləri
Sakura

“Bir gün hamımız Şuşaya toplaşacağıq” – Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransadakı varisləri

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəylidir. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir.

Ceyhun Hacıbəyli  –  1891-ci ilin fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin “Leyli və Məcnun” operasının H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C.Hacıbəyli bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.

C.Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada ciddi fəaliyyət göstərib.

Ceyhun Hacıbəylinin nəvəsi Klement Bailly Hacıbəyli

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb. Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirib, Qərb oxucularını Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış edib.

Ceyhun Hacıbəylinin nəticəsi Jeremie Hacıbəyli

C.Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid edən və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləyən çoxlu yazılar nəşr etdirib.

Ceyhun Hacıbəyli oğlu ilə birlikdə

O, filoloji və tarixi mövzularda – xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid, həmçinin qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirib.

Ceyhun Hacıbəylinin nəvəsi Klement və nəticəsi Jeremie

Ceyhun Hacıbəylinin ən böyük xidmətlərindən biri isə Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi. Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin baş redaktorluğu ilə “Azərbaycan” jurnalı nəşr edilib. Jurnalda Azərbaycanın tarix və millətimiz barədə məqalələr dərc olunub. Məqalələrinin birində C. Hacıbəyli yazırdı: “Bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri Türklərinin hamısını üçrəngli bayrağımızın altında toplanıb, bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir”.

İkinci Dünya müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçmir. Üzeyir bəyin hər bir məktubunda xatırlanan və əzizlənən Ceyhun bəyin  Bakıda dünyaya gəlmiş oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedir. Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun  bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy sarsıntılar keçirir. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi uzun zaman onu rahat buraxmır.C. Hacıbəyli 1962-ci ilin oktyabr 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn edilib. 

HafizTimes.com Ceyhun Hacıbəylinin Fransada yaşamış digər oğlu Timuçinin (1921—1993) ailə üzvlərini tapıb, həmsöhbət olmağa çalışıb:

Jeremie Hacıbəyli –  Timuçin Hacıbəylinin birinci nikahından dünyaya gəlmiş oğlu Klement Bailly Hacıbəylinin yeganə övladıdır. 1977-ci ilin sentyabrın 12-də Fransada dünyaya gəlib.”Lycee Paul Gauguin”də təhsil alıb. Hazırda Fransaya məxsus Uturoa bölgəsində yaşayır. O, Ceyhun Hacıbəylinin nəticəsidir:

-Çox təəssüflər olsun ki, mən musiqiçi deyiləm. Amma bizim nəsil musiqi sahəsində böyük istedadlı şəxsiyyətlər yetişdirib.

Mən gəncikən bass musiqi ailətlərində ifa etməyi öyrəndim. Amma bu uzun müddət davam etmədi. 20 – 30 yaş aralığında elektronik musiqi daha çox üstünük verdim. Bəzən isə Dj-lik edirəm. Təbii ki, bu həvəs, zövqlə bağlıdır. Hazırda isə musiqi ilə nadir hallarda məşğul oluram.

“Mən daha çox kommersiya sahəsi, turizim bələdçiliyi ilə məşğul oluram”.

-Düşünürəm ki, bu sahədə daha çox uğur qazana bilərəm. Mən insanlarla daha çox səyahətlə bağlı məsləhətlərimi bölüşürəm. Müxtəlif mədəniyyətləri, dəyərləri öyrənməyi, yaymağı sevirəm. Hazırda isə turizim mövsümüdür. Mənim işlərim isə həddindən çoxdur.

Jeremie Hacıbəyli anası ilə birlikdə

– Baba yurdunuz Azərbaycanla bağlı nə düşünürsünüz? Azərbaycana nə vaxt səfər edəcəksiniz?

-Mən hər zaman Azərbaycanla bağlı hazırlanmış televiziya şoularına baxıram. Ümid edirəm ki, bir gün mütləq Azərbaycana, gözəl Bakıya səfər edəcəyəm. Azərbaycana səfər etməyi çox istəyirəm.

Jeremie Hacıbəyli həyat yoldaşı ilə birlikdə

Tahiti Azərbaycandan çox uzaqdır. Düşünürəm ki, lotoreyda qazansam  Yaponiyaya,  Azərbaycana gedəcəyəm. Mən hər həftə lotereya oynayıram. Mütləq qalib olacam və ora səfər edəcəyəm.

Klement Hacıbəyli

-Babanız Timuçin Hacıbəylinin ikinci ailəsi ilə münasibətiniz necədir? Ötən illərdə T. Hacıbəylinin gənc oğlu Benjamin Hacıbəyli və anası Pasqal Hacıbəyli Azərbaycana səfər etmişdilər…

-Benjaminlə dostuq. Həmçinin qeyd edim ki, o mənim əmimdir. Baxmayaraq ki, məndən yaşca çox kiçikdir.(gülür)

İnanıram ki, bir gün atamla birlikdə mən də Azərbaycana səfər edəcəyəm.

-Hacıbəylilər ailəsi barədə nə düşünürsünüz?

-Ailəmizlə, babamla qürur duyuram. Sizə də çox təşəkkür edirəm ki, bizim ailəyə belə yüksək dəyər verirsiniz. Bütün azərbaycanlılara salam göndərirəm.

Klement Bailly Hacıbəyli – Fransada məşhur musiqiçidir. 1951-ci ildə Parisdə anadan olub. Dörd yaşında olarkən pianoda ifa etməyi öyrənib. Onun bir musiqiçi kimi yetişməyində nənəsi Madeleine Duparcın böyük rolu olub.  

Klement Bailly Hacıbəyli  məşhur caz-musiqi qruplarında ifa edib.    Hazırda Fransada yaşayır, tələbələr yetişdir. O, Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin birinci nikahından dünya gəlib. Ceyhun Hacıbəylinin ilk nəvəsidir. Jeremie Hacıbəylinin isə atasıdır.

HafizTimes.com  Şuşalı Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının Fransada yaşayan varisləri, məşhur musiqiçi Klement Bailly Hacıbəylinin Azərbaycan, Qarabağ-Şuşa ilə bağlı zaman-zaman qeyd etdiyi fikirlərini olduğu kimi təqdim edir: 

Klement Bailly Hacıbəyli: “Azərbaycan mənim Vətənim, Torpağımdır!”

Klement Bailly Hacıbəyli: “Biz bir gün mütləq Şuşaya toplaşacağıq”

Klement Bailly Hacıbəyli: “Şuşa mənim babamın, atamın şəhərdir. Erməni millətçiləri tərəfindən Qarabağın ürəyi – Şuşa məhv edilib”

“Qarabağ Şikəstəsini” dinləyən Klement Hacıbəyli: “Bu Qarabağdan mənim ürəyimə yayılan bir musiqdir. Mənim əmim övladları Şuşadan, Qarabağdan ifa edirlər. Amma onlar öz torpaqlarına, yurd-yuvarlarına gedə bilmirlər. O torpaqlar mənim də torpağımdır! Əminəm ki, biz bir gün mütləq Şuşada toplaşacağıq”

Klement Bailly Hacıbəyli: “Şuşaya Azadlıq”

Klement Bailly Hacıbəyli: “Şuşa mənim babamın şəhərdir. Atamın, babamın ürəyinin bir hissədir.  Qarabağın ürəyi erməni millətçiləri tərəfindən dağıdıldı, məhv edildi”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR