Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bəzi həkimlərin maaşa əlavələri kəsiləcək

Bəzi həkimlərin maaşa əlavələri kəsiləcək
Sakura

Bəzi həkimlərin maaşa əlavələri kəsiləcək

“Həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, komissiya tərəfindən bir həkim-mütəxəssis altı aylıq əsaslarla monitorinqdən keçiriləcək:

“Monitorinqdən müvəffəqiyyətlə keçən həkim-mütəxəssislərə həvəsləndirici ödənişlərin və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici ödənişləri və əlavələri kəsiləcək”.

Vüqar Qurbanov qeyd edib ki, qiymətləndirmə zamanı həkimin peşəkarlığı və şəxsi keyfiyyətləri nəzərə alınacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR