Bakının məişət tullantılarının idarə olunması konsepsiyasının ilkin mərhələsi başa çatıb
Böyük Britaniyanın tanınmış "Mott MacDonald "şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, Bakıda bərk məişət tullantıları ilə bağlı yeni konsepsiyasının birinci mərhələsi başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, konsepsiyaya əsasən, paytaxtın Nərimanov rayonunda Monitorinq Mərkəzi yaradılib. Bu mərkəzdə şirkət tərəfindən Böyük Britaniyadan Bakıya ezam olunmuş 2 mütəxəssisi 2 həftə ərzində Nərimanov rayonu ərazisindən yığılmış məişət tullantılarının kompozisiyasının araşdırılması işlərini aparıb. Eyni zamanda məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tədbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılıb. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq. Bununla yanaşı, məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.
Konsepsiya çərçivəsində 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub.
Konsepsiyanın başa çatdırılması 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət