Slimfit
  1. AZƏRBAYCAN

Bakıdan regionlara axını necə təmin etməli? - Ekspertdən təklif

Bakıdan regionlara axını necə təmin etməli? - Ekspertdən təklif
Sakura

Bakıdan regionlara axını necə təmin etməli? - Ekspertdən təklif

Bakıda getdikcə artan problemlərdən biri də insan sıxlığı və hərəkət məhdudiyyətidir. Bunun əsas səbəblərindən biri də paytaxta bölgələrdən kütləvi axının olmasıdır. İnsanların şəhərə üz tutmasının kökündə  isə evsizlik və işsizlik kimi aktual problemlər dayanır. Xüsusilə ipoteka krediti ilə ev almaq üçün regionlardan Bakıya üz tutan əhalinin faiz göstəricisi yüksəkdir. 

Rayonlarda bankların insanlara kredit verməkdə maraqlı olmadığını deyən iqtisadçı ekspert Vüqar Bayramov bu məsələ barədə Modern.az-a danışıb.   

“Bölgələrdən Bakıya  axının əsas səbəblərindən biri rayonlarda iş yerlərinin azlığıdır. Rəsmi statistikaya əsasən, rayonlarda əməkhaqqı Bakıya nisbətdə iki dəfə azdır, bu da öz növbəsində urbanizasiya prosesinin sürətlənməsinə gətirib çıxarır. 2014-cü ildə İpoteka Fonduna  regionlarda güzəştli, eləcə də adi  ipoteka resusları üzrə faiz güzəştinin verilməsini təklif etmişik. Statistikaya əsasən, verilən kreditlərin 85 faizi Bakının payına düşür. Elə regionlar var ki, indiyədək İpoteka Fondundan cəmi bir ədəd ipoteka krediti ala bilib. Adi ipoteka faizləri regionlarda yüksək olduğuna görə vətəndaşlar bundan istifadə edə bilmirlər. 
İndiki halda reallaşması vacib olan təkliflərimizdən biri həm adi, həm də güzəştli ipoteka şərtləri üçün rayonlarda faiz endiriminin tətbiq edilməsidir.  
Xüsusilə güzəştli ipoteka üzrə faizlərin regionlarda yaşayan əhali üçün 4 faizdən 2 faizə endirilməsini təklif edirik.  Bunun da iqtisadi əsası var. Belə ki, güzəştli ipoteka kreditləri üçün  ödənilən vəsait büdcədən ayrılır. Bunun praktik olaraq xərci yoxdur, sadəcə, banklarda sövdələşmə və ya komissiya tipli xərclər var ki,  burda da 2 faizlə kredit vermək bankların gəlir əldə etməsinə şərait yaradır. 
Digər tərəfdən də dövlət büdcəsinin vəsaiti bu tip hallarda kommersiya məqsədi daşımamalıdır. Burdan da belə qənaətə gəlmək olar ki, regionlarda güzəştli kredit şərtlərini 2 faizə endirmək mümkündür. 
Adi ipoteka kreditləri üzrə faizlərin isə 8 faizdən 6 faizə endirilməsini təklif edirik. Nəzərə alsaq ki, istiqrazlar 4 faizdən az bir ölçüdə yerləşdirilir, bu halda da 6 faizin tətbiqi bankların da gəlir əldə etməsinə imkan yaradır. 
Digər tərəfdən, biz təklif edirik ki, kreditlərin 1/3-i rayonlara verilsin. Faizlərin aşağı salınması fonunda kreditlərin götürülməsində artım müşahidə olunacaq.  İqtisadi və Sosial  İnkişaf  Mərkəzinin təklif etdiyi  hər iki paketin tətbiq oluncağı halda regionlarda əhalinin mənzil təminatının yaxşılaşmasının şahidi olacağıq”. 


Əzizə Zeynal

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR