Slimfit
  1. CƏMİYYƏT

Bakıda niyə beşmərtəbəli binaların tikintisi qadağan edilir?

Bakıda niyə beşmərtəbəli binaların tikintisi qadağan edilir?
Sakura

Bakıda niyə beşmərtəbəli binaların tikintisi qadağan edilir?

"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" hazırlanarkən dayanıqlı inkişaf prinsipləri əsas götürülüb. Paytaxtın bir sıra ərazilərində mərtəbə sayı beşdən artıq olan binaların tikintisinə icazə verilməməsi də həmin prinsipin tərkib hissəsidir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu Azərtac-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, həmin ərazilər xüsusi mühafizə olunan zona adlandırılacaq.

“Bu, 425 hektar ərazini əhatə edir. Binalar üçün mərtəbələrin məhdudiyyəti məhz bu zonada nəzərdə tutulub. Bura şəhərin tarixən formalaşmış hissəsidir. Planlaşdırma strukturunu qoruyub saxlamağı düşünürük. Burada müdaxilələrin minimuma endirilməsini və mərtəbələrin də hündürlüyünün məhdudiyyətini qarşımıza məqsəd qoymuşuq. Baş plana əsasən, paytaxtda binaların mərtəbələrinin sayı şəhərin sıxlığına uyğun təyin olunacaq. Şəhərin inkişaf əraziləri yüksək sıxlıqlı, orta sıxlıqlı, az və seyrək sıxlıqlı ərazilərə bölünüb. Yüksək sıxlıqlı ərazilər 9 mərtəbə və ondan yuxarı ərazilər, orta sıxlıqlı ərazilər 5-8 mərtəbə, az sıxlıqlı 3-4 mərtəbəli, seyrək sıxlıqlı ərazilər isə daha çox fərdi yaşayış evlərinin olduğu ərazilərdir”, - deyə İlqar İsbatov əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR