Slimfit
  1. MARAQLI

Bakı sakinlərinin 11 xüsusiyyəti: Bakıda yaşayan insanlar gözəl olmağa çalışır və heç vaxt kobud olmur

Bakı sakinlərinin 11 xüsusiyyəti: Bakıda yaşayan insanlar gözəl olmağa çalışır və heç vaxt kobud olmur
Sakura

Bakı sakinlərinin 11 xüsusiyyəti: Bakıda yaşayan insanlar gözəl olmağa çalışır və heç vaxt kobud olmur

Bakı özündə müasir şəhərin və tarixi ənənələrin dinamikasını cəmləşdirir. İçərişəhərə gedib köhnə Bakının ab-havasını hiss edə bilərsiniz. Və dərhal da çıxıb şüşə qüllələr və iş mərkəzlərini görəcəyiniz biznes-mərkəzinə gedə bilərsiniz.

Qonaqpərvər olmaq

Azərbaycanlılar qonaqpərvər və dostcanlı insanlardır, hər zaman qonaq qarşılamağa sevinirlər və bunun qarşılığında da eyni münasibət gözləyirlər. Buna görə dünyanın müxtəlif ölkələrindən turistlər buraya can atırlar.

Nəzakətli olmaq

Bakı nəzakətli olmağı öyrədir. Yerlilər ağsaqqallara, qadınlara, uşaqlara, istənilən millətə hörmət edirlər. Həmişə bir-birlərinə kömək edirlər, gözəl işlər görürlər. Heç kim kobudluq etmir və insanlara qarşı hörmətsiz davranmır.

Gözəl olmaq

Bakı hər kəsə gözəl olmağı öyrədir. Buradakı insanlar görünüşlərinə diqqət yetirirlər Kişilər və qadınlar mükəmməl görünürlər, kosmetoloqlara gedirlər, idmanla məşğul olurlar, bir çoxları plastik əməliyyata müraciət edirlər. Bakı insanları özlərini sevirlər və daim inkişaf edirlər. Bütün tədbirlərdə xalça üzərində olan kimi görsənirlər.

Sakit olmaq

Bakı əsəbi olmamağı, sakit olmağı öyrədir. Buradakı insanlar işləmək və dincəlmək, həyatdan zövq almaq, qonaq qəbul etmək yollarını bilir. Əllərində olanları və yanındakı insanları qiymətləndirirlər.

Vətəni sevirlər

Bakı vətəndaşlara ölkələrini sevməyi öyrədir. Gözəl və möhtəşəm qeyd olunan bir çox milli bayram var. Azərbaycanlılar öz ölkələrini, xalqını, bayrağını və dövlətini sevirlər.

Təhlükəsiz hiss etmək

Bakı təhlükəsiz şəhərdir. Gecədən gec çıxıb heç bir şeydən qorxmaya bilərsən. Hər hansı ciddi kriminal, oğurluq yoxdur - Bir çox hallarda smartfonu ictimai yerdə unutsanız geri qaytarılacaq.

Daim yeni şeylər öyrənmək

Bura adət-ənənələrin vacib olduğu şərq ölkəsi olmasına baxmayaraq, Bakıda daima öyrənmək və inkişaf etmək vacibdir. Bir çox mübadilə proqramı və digər formalarla tələbələr Avropa, Amerikada təhsil alır. Azərbaycanlılar ingilis dilini bilir, beynəlxalq şirkətlərdə iş tapırlar.

Havaya görə geyinmək

Bakıda sərt hava şəraiti var. Küləklər şəhəri adlanır. Qışda, qar olmasa və temperatur müsbət olsa da, bayırda mənfi 20 hiss olunur.

Digər mədəniyyətlərə hörmət 

Bakı mentalitetlərdəki fərqi anlamağı öyrədir. Hər mədəniyyət özünə görə unikal bir ənənə və mədəniyyətdir. Buna görə də, yerli əsaslara uyğunlaşmaq üçün çevik olmalısan. Səbirli olmaq, Bakıda qəbul olunan qaydaları, adət-ənənələri öyrənmək vacibdir. Bu həm işdə, həm də gündəlik həyatda lazımdır.

Ünsiyyətcil olmaq

Ünsiyyətcil oldunsa, Bakı - etibar edəcəyin kifayət qədər sakit və təhlükəsiz şəhərdir. Ancaq onu öyrənməli, infrastrukturu araşdırmalı, nəyin və necə işlədiyini başa düşməlisən. Bunun üçün ünsiyyətcil və açıq olmaq lazımdır.

Materialın hazırlanmasında göstərdikləri köməyə görə, Qızxanım Cəfərovaya və Lidiya Şestak-Əliyevaya minnətdarlığımızı bildiririk.

Mənbə: weproject.media

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR