Slimfit
  1. AZƏRBAYCAN

Bakı qışa hazırlaşır

Bakı qışa hazırlaşır
Sakura

Bakı qışa hazırlaşır

2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı Bakı şəhər icra hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi qərargah yaradılıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Azərbaycan” qəzetinə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov bildirib.

Paytaxt rayonlarına Bakı Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.

“Azəriqaz”  İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi payız-qış mövsümü ilə bağlı tədbirlər planlarını hazırlayaraq qərargaha təqdim ediblər. Adıçəkilən təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işlər qərargah tərəfindən koordinasiya olunacaq.

Ayaz Hüseynovun sözlərinə görə, hazırda qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edirlər. Görülən işlərin əsas məqsədi qış aylarında şəhər sakinlərinin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsinə nail olmaqdır.

İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov deyib ki, idarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib:

“İdarənin anbarında hazırda 2000 ton texniki duz var. Gələcəkdə əlavə olaraq daha 1000 ton duzun alınması nəzərdə tutulub. Oktyabr ayında 300 ton duz alınaraq anbarlara yığılıb. Bundan başqa, qum ehtiyatları da kifayət qədər yaradılıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR