Slimfit
  1. AZƏRBAYCAN

“Azərişıq” ötən ay “ASAN xidmət” vasitəsilə 24 minə yaxın müraciət qəbul edib

“Azərişıq” ötən ay “ASAN xidmət” vasitəsilə 24 minə yaxın müraciət qəbul edib
Sakura

“Azərişıq” ötən ay “ASAN xidmət” vasitəsilə 24 minə yaxın müraciət qəbul edib

“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərə qurumun elektron xəritəsinin inteqrasiya edilməsi sentyabr ayında edilən müraciətlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. 

Bunu “Report”a “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

Onun sözlərinə görə, elektron xəritə vasitəsilə əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesini daha da asanlaşıb: “İndi “ASAN kommunal” və “ASAN xidmət” mərkəzinə müraciət daxil olan kimi əraziyə getmədən, yerindəcə elektron xəritədə dərhal evin, yaxud obyektin məkanı, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir və qoşulma haqqı ödənilməklə sənədləşdirmə işi daha tez formada həyata keçirilir. Bu səbəbdəndir ki, "Azərişığ“ın göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 282 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 084 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 331 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub. Nəticədə sentyabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə “Azərişığ”a“ASAN xidmət” mərkəzləri vasitəsi ilə 24 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib”, - T.Mustafayev qeyd edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR