Azərbaycanlı və erməni deputatlar Qətərdə qarşı-qarşıya gəldilər
Oxu.Az-ın Azərbaycanın BPİ-dəki nümayəndə heyətindən əldə etdiyi məlumata görə, iclasda “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirə olunub və azərbaycanlı deputatlar tərəfindən layihəyə bir sıra dəyişikliklər təklif olunub.
Bildirilib ki, təklif olunan dəyişikliklər qətnaməyə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraq yekdilliklə qəbul edilib.
Həmçinin, bildirilib ki, Assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq, qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bötüvlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan doqquz təklif irəli sürüb.
Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti etiraz edərək onların qəbuledilməzliyini önə çəkiblər.
Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunub.
Kamil HƏMZƏOĞLU
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət