Slimfit
  1. İDMAN

Azərbaycanın iştirakı ilə yeni multiidman yarışı keçirilə bilər

Azərbaycanın iştirakı ilə yeni multiidman yarışı keçirilə bilər
Sakura

Azərbaycanın iştirakı ilə yeni multiidman yarışı keçirilə bilər

Birlik Ölkələri Oyunlarının əsasnaməsinin layihəsi ilə bağlı ekspert qrupu işinə başlayıb. 

ONA-nın məlumatına görə, MDB-nin İcraiyyə Komitəsinin Minskdəki qərargahında iki gün davam edəcək tədbirdə yeni yarışın detalları müzakirə olunacaq və razılaşdırılacaq.

MDB ölkələri üçün multiidman turnirinin təşəbbüskarı Rusiyadır. Bu ideya MDB ölkələri rəhbərlərinin ötən ilin sentyabrında Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitində dəstəklənib və Köçərilərin Ümumdünya Oyunları ilə bağlı bəyanatında da əksini tapıb. 

Sənəddə Milli İdman Növləri Festivalı əsasında Oyunların təşkili, bura MDB ölkələrində populyarlıq qazanan Olimpiya və qeyri-olimpiya növlərinin də əlavə edilməsi qeyd olunub. Yarışın əsasnaməsinin layihəsi Rusiya İdman Nazirliyi və MDB İcraiyyə Komitəsi tərəfindən hazırlanaraq, tərəfdaşlara göndərilib. Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan sənədi təsdiqləyib. Bu ölkələr layihəni Birliyin daha yüksək orqanlarında müzakirəsini təklif ediblər. 

Yarışın məqsədi idman ustalığının, gənc atletlərin beynəlxalq yarış təcrübəsinin artırılması, gənclərdə müsbət fiziki və mənəvi keyfiyyətlərin inkişafı, vətənpərvərlik, hədəfə çatmaq iradəsini formalaşdırmaqdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR